
Çoxsaylı şikayətlərin, mətbuatda yazıların verilməsi, Dövlət Neft Şirkətinin müvafiq qurumları ilə danışıqların nəticəsi olaraq, 2010-cu ilin mart ayında Bakıdan verilən tapşırıq əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hacqabul rayon Torpaq şöbəsinin müdiri Məməd Qəfərov, Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Sahib Aslanov, Rayon inzibat ərazi vahidi üzrə Rəncbər kənd nümayəndəsi Xəlfəli İsrafilov, Rəncbər kənd bələdiyyəsinin sədri Ramazan Avvasovdan ibarət komissiya Rəncər kəndinə gələrək Qalmaz 47-ci km.-Qazıməmməd Qaz kəmərinin tikildiyi və xüsusi mülkiyyətdə olan torpaqlara baxış keçirib və ölçmə işləri həyata keçiriblər.
Daha ətraflı ...