|
the Netherlands Helsinki Committee
| « SENTAYBR 2010
|
| Be
| Ça
| Çr
| Ca
| Cü
| Şb
| Bz
| | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİ MƏHKƏMƏLƏRİN MONİTORİNQİ SAHƏSİNDƏ NÖVBƏTİ ARALIQ HESABATINI AÇIQLAYIB
 Hüquq Maarifçiliyi Cəmiyyəti 2006-cı ilin may ayından reallaşdırdığı məhkəmə proseslərinin monitorinqi proqramı çərçivəsində növbəti aralıq hesabatını yayıb. Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun və Niderland Xarici İşlər Nazirliyinin dəstəyi ilə dərc edilən növbəti hesabat 2008-ci ilin iyul-dekabr aylarını əhatə edir. Daha ətraflı ...
|
AHF REGİONLARDA QHT-lərin DURUMU MÖVZUSUNDA İLKİN HESABATINI AÇIQLAYIB
Azərbaycan Hüquqşünaslar Forumu Açıq Cəmiyyət İnstitutu – yardım fondunun dəstəyi ilə həyata keçirilən hüquq islahatlarına dəstək layihəsi çərçivəsində regionlarda QHT-lərin durumunu araşdırmış ekspertlər qrupunun ilkin hesabatını dərc edib. Daha ətraflı ...
|
HMC HAKİMLƏRİN İNTİZAM MƏSULİYYƏTİ: QANUNVERİCİLİK VƏ TƏTBİQİ TƏCRÜBƏSİNİN MONİTORİNQİ ADLI HESABATINI YAYIB
 Hüquq Maarifçiliyi Cəmiyyəti "Hakimlərin intizam məsuliyyəti: Qanunvericilik və tətbiqi təcrübəsinin monitorinqi" adlı hesabatını yayıb. Hesabat təşkilatın ABŞ-ın Demokratiyaya Dəstək Fondunun (NED) dəstəyi ilə həyata keçirdiyi Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsi çərçivəsində hazırlanıb. Daha ətraflı ...
|
HMC MƏHKƏMƏLƏRİN MONİTORİNQİ İLƏ BAĞLI NÖVBƏTİ HESABATINI YAYIB
 Hüquq Maarifçiliyi Cəmiyyəti ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) ilə əməkdaşlıq çərçivəsində reallaşdırdığı Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsi çərçivəsində məhkəmə proseslərinin monitorinqini keçirir. Monitorinqlər mülki və cinayət işləri üzrə məhkəmə proseslərini əhatə edir. Təşkiat 01.10.2007-31.12.2007-ci il tarixədək dövrü əhatə edən növbəti - beşinci aralıq hesabatını yayıb. Daha ətraflı ...
|
NƏRİMANOV RAYON MƏHKƏMƏSİ TƏLƏBƏLƏRİN İNFORMASİYA SORĞUSUNA CAVAB VERMƏKDƏN QANUNSUZ İMTİNA EDƏN QURUMLARA HAQQ QAZANDIRDI
 Bu gün Nərimanov rayon məhkəməsində Müstəqil Azərbaycan Universitetinin tələbələrinin Azərbaycanda fəaliyyət göstərən universitetlərə və digər qurumlara qarşı informasiyanı verməkdən imtinanın qanunsuz sayılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə prosesində cavabdehlərin qanunu pozduqları aşkar olunsa da, məhkəmə şikayəti əsassız olduğu üçün təmin etmədi. Hərbi Komissarlığın nümayəndəsi İ.Məmmədov məhkəmədə bəyan edib ki: "Bizi niyə cavabdeh kimi cəlb ediblər, bilmirəm?! Onsuz da biz onlara heç bir cavab verməyəcəyik!". Məhkəmə prosesinin stenoqramı ilə əlavədə tanış ola bilərsiniz. Daha ətraflı ...
|
APELLYASIYA MƏHKƏMƏSİ POLİS TƏRƏFİNDƏN PİS RƏFTARA MƏRUZ QALDIĞINI İDDİA EDƏN JURNALİSTİN ŞİKAYƏTİNİ TƏMİN EDİB
Jurnalistin şikayətinə baxmaqdan imtina edən birinci instansiya məhkəməsinin qərardadı ona görə ləğv edilib ki, işdə protokol olmayıb"168 saat" qəzetinin jurnalisti Elçin Həsənov Apellyasiya Məhkəməsinə ünvanladığı şikayətdə göstərirdi ki, O, 2006-cı ilin noyabr ayının 23-də “Azadlıq” qəzetinin binadan qanunsuz çıxarılması ilə əlaqədar piketdə jurnalist kimi iştirak edib və piket zamanı qadınlara qarşı zorakılıq edilməsinə etiraz edərkən polislər tərəfindən döyülüb və tutulub. Bununla bağlı Səbail rayon 9-cu Polis Bölməsinə qarşı Səbael rayon məhkəməsinə verdiyi şikayəti həmin məhkəmə icraata qəbul etməkdən imtina etmişdi. Apellyasiya Məhkəməsi jurnalistin şikayətini təmin edib. Əsas kimi, işdə qərardadla bağlı məhkəmə protokolunun olmaması göstərilib. Daha ətraflı ...
|
RÖVŞƏN HACILI İLƏ İTV ARASINDA DAHA BİR MƏHKƏMƏ PROSESİ BAŞA ÇATIB
Məhkəmə İTV-nin onun sorğusuna tam cavab vermədiyini iddia adən jurnalisin şikayətini rədd edib16 oktyabr 2006-cı il tarixli qətnamə ilə Yasamal rayon məhkəməsi İTV üzərinə R.Hacıyevin sorğusuna cavab vermək öhdəliyi qoymuşdu. Lakin, İTV-nin sorğusuna tam cavab vermədiyini hesab edən jurnalist növbəti iddia ilə yenidən Yasamal rayon məhkəməsinə müraciət edib. Məhkəmənin hakimi Ş.Abdullayev bu dəfə şikayəti rədd edib. Daha ətraflı ...
|
APELLYASİYA MƏHKƏMƏSİ BİR QRUP BAKI SAKİNİNİN MƏDƏNİYYƏT HÜQUQUNUN POZULMASI İLƏ BAĞLI ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB
Hakim: Ay sağ ol! Çox sağ ol. Hüquqi formalizm dediniz, o harada nəzərdə tutulub? Qanun bunu tələb edir, hakim nə etsin?Məhkəmə şikayətçilərdən tələblərini əsaslandırmaq üçün istinad etdikləri normativ aktlardan çıxarışların surətlərini də şikayət ərizəsinə əlavə etməyi tələb edib. Məhkəmə prosesinin stenogramı ilə əlavədə tanış ola bilərsiniz. Daha ətraflı ...
|
YASAMAL RAYON MƏHKƏMƏSİ QHT-NIN QEYDİYYATINDAN QANUNSUZ İMTİNA İLƏ BAĞLI NÖVBƏTİ ŞİKAYƏTİ DƏ RƏDD ETDİ
Prosesin gedişində bəlli oldu ki, hakimin Avropa Məhkəməsinin birləşmək hüququ ilə bağlı Azərbaycana qarşı çıxardığı qərardan heç xəbəri yoxdurProsesdə milli qanunvericiliklə yanaşı, birləşmək hüququ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, o cümlədən Azərbaycanla bağlı son qərarına istinad edən iddiaçının dediklərinə hakimin reaksiyası orijinal olub: "Hazırda burada var o qərarlar? Varsa, məhkəməyə təqdim et, yoxdursa, ondan danışma!" Daha ətraflı ...
|
APELLYASİYA MƏHKƏMƏSİNDƏ TATYANA ÇALADZENİN EYNULLA FƏTULLAYEVƏ QARŞI ŞƏRƏF, LƏYAQƏT VƏ İŞGÜZAR NÜFUZUN MÜDAFİƏSİ İDDİASI ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB
 İddiaçı Eynulla Fətullayevin 2007-ci il yanvarın 6-da internet forumların birinə verdiyi müsahibəyə və həmin müsahibənin «Aztrikolor» internet dərgisində, «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərində çap olunmasına görə təqsirli bilnməsini, onun üzərinə qəzetlərdə təkzib verilməsi, xocalılardan üzr istəməsi və cərimə ödəməsi öhdəliyinin qoyulmasını xahiş edib. Məhkəmə iclasının stenoqramı ilə əlavədə tanış ola bilərsiniz. Daha ətraflı ...
|
MƏHKƏMƏ-HÜQUQ ŞURASI: "BİZ ÖZ TƏŞƏBBÜSÜMÜZ İLƏ VƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTİ ƏSASINDA HAKİMLƏR BARƏSİNDƏ İNTİZAM İCRAATI BAŞLAYA BİLMƏRİK"
 Təhsil hüquqlarının bərpası üçün Nərimanov rayon məhkəməsinə müraciət edən Müstəqil Azərbaycan Universiteti tələbələrinin ərizəsi geri qaytarılıb. Bu zaman qanunun müddəalarına əməl edilməyib, belə ki, hakim ərizəni 22 gündən sonra geri qaytarıb. Bu səbəbdən tələbələr hakim barəsində intizam icraatının başlanması üçün Məhkəmə-Hüquq Şurasına müraciət ediblər. Lakin, MHŞ şikayətə baxmaqdan imtina edib. Tələbələr bunu qanunsuz hesab edərək, MHŞ-na qarşı mülki iddia qaldırıblat. Məhkəmə iclasının stenoqramı ilə əlavədə tanış ola bilərsiniz. Daha ətraflı ...
|
28.02.2007-CI IL TARIXDƏ NƏSIMI RAYON MƏHKƏMƏSINDƏ İNTİQAM ƏLİYEVİN VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB
 İ.Əliyev onun Kolligiyaya üzv qəbul edilməsi ilə bağlı keçirilən qapalı iclasın protokolunun tam həcmli surətinin alınması, Rəyasət Heyəti üzvlərinin məhkəmədə şahid kimi dindirilməsi və Vəkillər Kollegiyasına qarşı mülki iş qaldırılmasının mümkünlüyünün yoxlanması üçün Ali Məhkəmənin qərarına Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün müraciət edilməsi ilə bağlı üç vəsatət verib. Hakim vəsatətlərin təmin olunub-olunmamasına növbəti iclasda baxılacağını deyib. Məhkəmə iclasının stenoqramı ilə əlavədə tanış ola bilərsiniz. Daha ətraflı ...
|
APELLYASİYA MƏHKƏMƏSİ POLİSİN QANUNSUZ HƏRƏKƏTİNDƏN ŞİKAYƏTİ GERİ QAYTARAN SƏBAİL RAYON MƏHKƏMƏSİNİN QƏRARDADINI LƏĞV ETDİ
 Səbail rayon məhkəməsinin 22 yanvar 2007-ci il tarixli qərardadı ilə, Azadlıq qəzetinin, Turan İA-nin və digərlərinin Azadlıq 33 ünvanından çıxarılması zamanı qanunun tələblərini pozmuş Bakı şəhəri Baş Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinə, Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsinə və DİN-nin Daxili Qoşunlarına qarşı şikayəti qanunda nəzərdə tutulmayan əsaslarla geri qaytarıb. Azadlıq qəzeti və Turan İA-nın həmin qərardaddan verdikləri apellyasiya şikayəti təmin olunub və işə mahiyyəti üzrə baxılmasının yoxlanması üçün yenidən Səbail rayon məhkəməsinə göndərilib. Prosesin stenoqramı ilə əlavədə tanış ola bilərsiniz. Daha ətraflı ...
|
MƏHKƏMƏLƏRİN MONİTORİNQİ. ARALIQ HESABAT. MAY-IYUN, 2006
Hesabat Hüquq Maarifçiliyi Cəmiyyətinin ABŞ-ın Demokratiyaya Dəstək Fondunun (NED) dəstəyi ilə həyata keçirdiyi Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsi çərçivəsində hazırlanıb. Daha ətraflı ...
|
|
|

|