Azerbaycanca   English version   
HÜQUQ MAARİFÇİLIYI CƏMİYYƏTİ

ÖLKƏNİN BİR SIRA NÜFUZLU HÜQUQ TƏŞKİLATLARININ RƏHBƏRLƏRİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT EDİBLƏR
02.09.2010. Azərbaycanın bir sıra hüquq təşkilatları – Azərbaycan Hüquqşünaslar Forumu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Media Hüququ İnstitutu, Azərbaycan Hüquqçular Asosiasiyası, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Tender Monitorinq Mərkəzinin rəhbərləri həbsdə olan jurnalist Eynulla Fətullayev, bloqqerlər Adnan Hacızadə və Emin Abdullayevlə görüşmək məqsədilə Ədliyyə Nazirliyinə müraciət ediblər. Bu barədə məlumatı Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev verib.

Daha ətraflı ...



ANTALİYADA STRATEJİ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB
Avropa Məhkəməsi sahəsində ixtisaslaşan hüquqşünaslardan bir qrupu Niderland Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən Cənubi Qafqazda strateji məhkəmə çəkişmələri layihəsi çərçivəsində avqustun 28-dən sentyabrin 1-nə qədər Antaliyada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər.

Daha ətraflı ...



GƏNCƏDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN GÖRÜŞÜNƏ ƏNGƏL YARADILIB
Avqustun 19-da Cənubi Qafqaz Hüquq Müdafiəçilərinin Azərbaycan Şəbəkəsinin Gəncə şəhərində hüquq müdafiəçiləri ilə tam tərkibdə görüşünə imkan verilməyib. Gəncə şəhərinin İcra Hakimiyyəti şəbəkənin koordinatoru, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin görüşə qatılmasını əngəlləyib. Bu barədə Şəbəkənin yaydığı məlumatda bildirilir.

Daha ətraflı ...



AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ AZƏRBAYCANA BAĞLI DAHA BİR ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycana qarşı daha bir iş üzrə - Cəfərli və başqalarının Azərbaycana qarşı işi üzrə qərarını açıqladı.

Daha ətraflı ...



AVROPA MƏHKƏMƏSİ İYUL AYININ 29-DA AZƏRBAYCANA QARŞI DAHA BİR QƏRARINI AÇIQLAYACAQ
23.07.2010. Avropa İnsan Hüquqları Məhkəməsi iyul ayının 27-də 31, 29-da isə 21 iş üzrə qərarını açıqlayacaq. İyulun 29-də elan olunacaq qərarların arasında Azərbaycana qarşı 1 iş – Cəfərli və başqalarının Azərbaycana qarşı işi üzrə qərar da var.

Daha ətraflı ...



MƏHBUSLARIN HÜQUQLARININ MÜDAFİƏSİ İLƏ BAĞLI QAYNAR XƏTT FƏALİYYƏTƏ BAŞLAYIB
Hüquq Maarifçiliyi Cəmiyyəti (HMC) Həbsdə saxlanan şəxslərin hüquqlarınıın müdafiəsi ilə bağlı məhkəmə çəkişmələri layihə çərçivəsində həbsxalarda və azadlığın məhdudlaşdırıldığı digər yerlərdə saxlanan şəxslərə hüquq və informasiya xidməti layihəsinin icrasına başlayıb.

Daha ətraflı ...



İYULUN 23-də ALİ MƏHKƏMƏDƏ SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİNİN KASSASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ
19.07.2010. İyulun 23-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Ədliyyə Nazirliyinə qarşı birləşmək hüququnun pozuntusu ilə bağlı şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2009-cu il tarixli qətnaməsindən kassasiya şikayətinə baxılacaq. Ali Məhkəmənin hakimi Aslan Kalbaliyevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesi saat 10.10-da başlanacaq.

Daha ətraflı ...



HƏBSDƏ OLAN ŞƏXSLƏRİN HÜQUQLARININ MÜDAFİƏSİ İLƏ BAĞLI STRATEJİ MƏHKƏMƏ İŞLƏRİNƏ DƏSTƏK ÜÇÜN ƏRİZƏLƏRİN QƏBULUNA BAŞLANIB
Hüquq Maarifçiliyi Cəmiyyəti (HMC) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə Həbsdə saxlanan şəxslərin hüquqlarınıın müdafiəsi ilə bağlı məhkəmə çəkişmələri layihəsi çərçivəsində 2010-cu ildə 8 məhkəmə işi üzrə maliyyə dəstəyi üçün ərizələrin qəbuluna başlayıb.

Daha ətraflı ...



AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANLA BAĞLI DAHA İKİ ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI
08.07.2010. Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycana qarşı daha iki iş üzrə qərarını açıqlayıb. Bunlar İsgəndərov və başqalarının Azərbaycana qarşı və Hacıyeva və başqalarının Azərbaycana qarşı işi üzrə qərarlardır.

Daha ətraflı ...



AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ İYULUN 8-DƏ AZƏRBAYCANA QARŞI DAHA İKİ İŞ ÜZRƏ QƏRARINI AÇIQLAYACAQ
İşlərin hamısı məcburi köçkünlərin zəbt etdiyi mənzillərlə bağlıdır

02.06.2010. Avropa İnsan Hüquqları Məhkəməsi iyul ayının 6-da 17, 8-də isə 9 iş üzrə qərarını açıqlayacaq. İyulun 8-də elan olunacaq qərarların arasında Azərbaycana qarşı 2 iş – Hacıyeva və başqalarının Azərbaycana qarşı və İsgəndərov və başqalarının Azərbaycana qarşı işlər də var.

Daha ətraflı ...



FREEDOM HOUSE KEÇİD ÖLKƏLƏR ÜZRƏ 2010-CU İL ÜÇÜN HESABATINI AÇIQLAYIB
Freedom House Təşkilatı 2010-cu il üçün hesabatını açıqlayıb. Hesabat ölkələrdəki demokratik vəziyyəti əks etdirir. Əsas göstəricilər kimi, ölkələrdəki seçki prosesi, vətəndaş cəmiyyəti, medianın azadlığı, ümumi idarəçiliyin və yerli idarəçiliyin demokratikliyi, məhkəmələrin müstəqilliyi və korrupsiyanın səviyyəsi götürülüb və hər sahə üzrə dövlətlərin göstəriciləri balla qiymətləndirilib.

Daha ətraflı ...



AHF-nin İCRAÇI DİREKTORU AYNUR CƏFƏROVA AŞ PA-nın YAY SESSİYASINA QATILIB
Azərbaycan Hüquqşünaslar Forumun icraçı direktoru Aynur Cəfərova 21-25 iyun tarixdə Strasbourgda Avropa Şurası Parlament Assambleyasının vəkilliyin inkişafı və insan hüquqlarının vəziyyətilə bağlı keçirdiyi dinləmələrə qatılıb. Tədbirdə üzv dövlətlərdə adı çəkilən sahələrdə vəziyyət, Avropada demokratiya, insan hüquqları və s. əhəmiyyətli məsələlərə toxunulub. Eləcə də 24 iyun tarixdə Azərbaycanla bağlı dinləmələr həyata keçirilib. Azərbaycan üzrə məruzəçi Andres Herkelin Azərbaycanda demokratik təsisatların durumu ilə bağlı hesabatı açıqlanıb.

Daha ətraflı ...



İNSAN HÜQUQLARI MÖVZUSUNDA UNİVERSİTETLƏRARASI YARIŞ ÜZRƏ FİNAL OYUNU İYUNUN 26-da KEÇİRİLƏCƏK
Maraqlı yarışmanı izləmək istəyənlər iyunun 20-nə qədər qeydiyyata alına bilərlər

15.06.2010. İyun ayının 26-da Hüquq Maarifçiliyi Cəmiyyətinin Almaniyanın EED Təşkilatı və ABA CEELİ-nin Bakı Ofisi ilə birgə təşkil etdiyi İnsan hüquqları sahəsində milli və beynəlxalq qanunvericilik mövzusunda universitetlərarası yarışın final oyunu keçiriləcək.

Daha ətraflı ...



AZƏRBAYCAN HÜQUQŞÜNASLAR FORUMU MÜZƏFFƏR BAXIŞOVUN MÜDAFİƏ KAMPANİYASINA BAŞLADI
İyunun 3-də Azərbaycan Hüquqşünaslar Forumunun Sədrlər Şurasının, İdarə Heyətinin üzvləri və bir sıra digər üzvləri vəkil Müzəffər Baxışova qarşı xüsusi ittiham qaydasında qaldırılmış cinayət işilə bağlı görüş keçirib.

Daha ətraflı ...



"VƏKİL İCTİMAİ MARAQ DOĞURAN MÖVZUDA FİKİRLƏRİNİ İFADƏ ETMƏSİNƏ GÖRƏ CİNAYƏT DEFAMASİYASINA MƏRUZ QALMAMALIDIR"
Cənubi Qafqaz Hüquq Müdafiəçilərinin Azərbaycan Şəbəkəsi vəkil Müzəffər Baxışovun baxışlarına görə təqib olunmasını pisləyən bəyanat yayıb

Cənubi Qafqaz Hüquq Müdafiəçilərinin Azərbaycan Şəbəkəsi dövlət qurumunun tənqidi baxışlarına görə vəkil Müzəffər Baxışova qarşı cinayət təqibi başlanması tələbi ilə məhkəmə işi qaldırılmasından narahatlığını bildirən bəyanat yayıb.

Daha ətraflı ...



“BANDOTDEL” VƏKİL BARƏSİNDƏ CİNAYƏT İŞİ BAŞLANMASINI TƏLƏB EDİR
Taninmış hüquqşünas Müzəffər Baxışov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə böhtan atmaqda ittiham olunur

Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi polis general-mayoru Seyidov Mirqafar Mircəfər oğlu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Müzəffər Baxışovun barəsində xüsusi ittiham qaydasında Nərimanov rayon məhkəməsinə şikayət verib.

Daha ətraflı ...



AZƏRBAYCAN HÜQUQŞÜNASLAR FORUMUNUN SƏDRLƏR ŞURASININ YENİ TƏRKİBİ FORMALAŞDIRILDI
21.05.2010. May ayının 21-də "Qanun" jurnalının redaksiyasında Azərbaycan Hüquqşünaslar Forumunun (AHF) İdarə Heyətinin növbəti toplantısı keçirilib. İclasda AHF-nin Sədrlər Şurasının yeni tərkibi formalaşdırılıb və icraçı direktoru seçilib.

Daha ətraflı ...



İNSAN HÜQUQLARI MÖVZUSUNDA UNİVERSİTETLƏRARASI YARIŞ KEÇİRİLƏCƏK
5 universiteti təmsil edən komandalar mayın 22-də finala çıxmaq uğrunda mübarizə aparacaqlar

21.05.2010. May ayının 22-də Hüquq Maarifçiliyi Cəmiyyəti Almanıyanın EED Təşkilatı və ABA CEELİ-nin Bakı Ofisi ilə birgə İnsan hüquqları sahəsində milli və beynəlxalq qanunvericilik mövzusunda universitetlərarası yarış keçirəcək.

Daha ətraflı ...



AVROPA MƏHKƏMƏSİ MƏNZİLLƏRİ ZƏBT OLUNMUŞ 11 AZƏRBAYCAN VƏTƏNDAŞININ ŞİKAYƏTİNƏ EYNİ VAXTDA BAXACAQ
Məhkəmənin şikayətlərə baxılması üzrə yeni qaydaları əvvəllər mövcud olan uzunmüddətli proseduraları ləğv edib

Avropa İnsan Hüquqları Məhkəməsi (Avropa Məhkəməsi) Azərbaycana qarşı 11 iş üzrə - A.Yusifovanın, H.Soltanovun, A.İsmayılovun, B.İsayevin, F.Abbasovun, S.Əfəndiyevanın və başqalarının şikayətlərinin qəbuledilənliyi məsələsinə və mahiyyəti üzrə birgə baxılmasına dair qərar qəbul edib.

Daha ətraflı ...



ALİ MƏHKƏMƏNİN PLENUMU BARƏDƏ YAYILAN MƏLUMAT İNFORMASİYA TESTİNƏ CAVAB VERİRMİ
Ali Məhkəmənin saytında (http://www.supremecourt.gov.az) ölkənin baş məhkəməsinin alı orqanının toplantısı barədə aşağıdakı məzmunda məlumat gedib.

Daha ətraflı ...



ƏDLİYYƏ ORQANLARINA QULLUĞA QƏBULLA BAĞLI SƏNƏD QƏBULUNUN MÜDDƏTİ MAYIN 8-də BİTİR
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı bu ilin əvvəlindən həyata keçirilən sənəd qəbulu may ayının 8-də başa çatır. Namizədlər onlara kömək məqsədilə hazırlanmış "Yaddaş kitabçası"nı may ayının 11-dən etibarən bütün iş günləri saat 9-dan 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər.

Daha ətraflı ...



AVROPA MƏHKƏMƏSİ MİNAS SARGSYANIN AZƏRBAYCANA, ÇIRAQOVUN VƏ BAŞQALARININ İSƏ ERMƏNİSTANA QARŞI ŞİKAYƏTİNƏ SENTYABRDA BAXACAQ
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi saytının verdiyi məlumata görə 2010-cu ilin sentyabr ayında Minas Sargsyanın Azərbaycana və Elxan Çıraqovun Ermənistana qarşı şikayətinə baxılacaq.

Daha ətraflı ...



MAYIN 4-də AZƏRBAYCAN HÜQUQŞÜNASLAR FORUMUNUN SƏDRLƏR ŞURASININ SEÇKİSİ KEÇİRİLƏCƏK (yenilənmiş)
Mayın 4-də Azərbaycan Hüquqşünaslar Forumunun (AHF) yeni tərkib İdarə Heyətinin ilk toplantısı keçiriləcək. Toplantıda gizli səsvermə yolu ilə AHF-nin Sədrlər Şurasının yeni tərkibi formalaşdırılacaq. Toplantı saat 16.00-da Qanun Jurnalının konfrans zalında keçiriləcək (ünvan: Nəsimi rayonu, 2-ci Alatava 9, Azərbaycan Universitetinin yanında).

Daha ətraflı ...



ABA CEELİ VK ÜZVLƏRİNƏ İNSAN HÜQUQLARI ÜZRƏ TƏLİMÇİLƏR ÜÇÜN TƏLİM KEÇİRƏCƏK
ABA CEELİ İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinə təlimçilər üçün təlim keçirəcək.

Daha ətraflı ...



“HÜQUQŞÜNASLAR ÖLKƏNİN İCTİMAİ-SİYASİ HƏYATINDA DAHA FƏAL İŞTİRAK ETMƏLİDİRLƏR”
Bu fikir Azərbaycan Hüquqşünaslar Forumunun III Ümumi Yığıncağında əksər çıxışların ana xətti kimi keçib

24.04.2010. Aprelin 24-də Azərbaycan Hüquqşünaslar Forumunun (AHF) üzvlərinin III Ümumi Yığıncağı keçirilib. AHF üzvləri təşkilatın hesabat dövründəki fəaliyyətinə qiymət vermək, yeni fəaliyyət proqramını müəyyənləşdirmək, hüquq toplumunu və bütövlükdə cəmiyyəti narahat edən bir sıra problemləri müzakirə etmək, təşkilatın növbəti ildə sükanını idarə edəcək şəxsləri seçmək üçün Landmark Mehmanxanasında toplaşmışdılar.

Daha ətraflı ...



SABAH AZƏRBAYCAN HÜQUQŞÜNASLARI NÖVBƏTİ FORUMLARINA TOPLAŞACAQLAR
23.04.2010. Sabah - aprel ayının 24-də Azərbaycan Hüquqşünaslarının Forumunun (AHF) üzvlərinin III Ümumi Yığıncağı keçiriləcək. Tədbir saat 10.30-da Landmark Otelinin Ratunda Zalında keçiriləcək (qeydiyyat saat 9.30-dan 10.30-a qadardir).

Daha ətraflı ...



AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANLA BAĞLI DAHA ÜÇ ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI
Strasburq Məhkəməsi Eynulla Fətullayevə 27.822 avro, Sərvinaz Gülməmmədovaya 15.842 avro, Vəkil Həsənova isə 15.176 avro kompensasiya ödənilməsi barədə qərar verib

22.04.2010. Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycana qarşı daha üç qərarını - Eynulla Fətullayev, Sərvinaz Gülməmmədova və Vəkil Həsənovun işi üzrə qərarlarını açıqlayıb.

Daha ətraflı ...



AZƏRBAYCAN HÜQUQŞÜNASLAR FORUMUNUN İDARƏ HEYƏTİNƏ NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!
Xəbər verildiyi kimi, Azərbaycan Hüquqşünasları Forumunun (AHF) Sədrlər Şurasının fevral ayında keçirilən son toplantısında AHF-nin üzvlərinin 3-cü Ümumi yığıncağının 2010-cu ilin aprel ayının 24-də keçirilməsi qərara alınıb.

Daha ətraflı ...



AVROPA MƏHKƏMƏSİ APRELİN 22-də AZƏRBAYCANLA BAĞLI DAHA ÜÇ ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLAYACAQ
Eynulla Fətullayevin işi üzrə qərar da onların arasındadır

Avropa İnsan Hüquqları Məhkəməsi aprel ayının 20-də 20, ayın 22-də isə 29 iş üzrə qərarını açıqlayacaq. Həmin qərarlar arasında Azərbaycana qarşı 3 iş – Eynulla Fətullayev, Sərvinaz Gülməmmədova və Vəkil Həsənovun işi üzrə qərar da var.

Daha ətraflı ...



HÜQUQŞÜNASLAR ÜÇÜN ŞOK XƏBƏR: ALİ MƏHKƏMƏNİN SƏDRİ ƏLAVƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİ DAHA MƏKTUBLA YOX, QƏRARDADLA GERİ QAYTARIR!
Vətəndaşların Ali Məhkəmənin qərarlarından verdikləri əlavə kassasiya şikayətlərinin uzun illər yaxşı halda Ali Məhkəmənin Sədrinin, pis halda isə məmurunun imzaladığı standart məzmunlu məktubu ilə Ali Məhkəmənin Plenumunun müzakirəsinə çıxarılmasından imtina olunurdu.

Daha ətraflı ...




SON XƏBƏRLƏR

07.09.2010

SOROS FONDU İCTİMAİ VƏASİTLƏRİN İSTİFADƏSİNDƏ ŞƏFFAFLIQ MÖVZUSUNDA MÜSABİQƏ ELAN EDİB

03.09.2010

OKTYABRIN ƏVVƏLİNDƏ GƏNC İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİNİN FORUMU KEÇİRİLƏCƏK

02.09.2010

ÖLKƏNİN BİR SIRA NÜFUZLU HÜQUQ TƏŞKİLATLARININ RƏHBƏRLƏRİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT EDİBLƏR

31.08.2010

ANTALİYADA STRATEJİ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB

30.08.2010

GTZ JURNALİSTLƏR ARASINDA TƏHSIL SAHƏSİNDƏ MÜSABİQƏ ELAN EDİB

29.08.2010

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

26.08.2010

AZƏRBAYCAN MİQRASİYA MƏRKƏZİ VAKANT VƏZİFƏLƏRƏ MÜSABİQƏ ELAN EDİB

26.08.2010

SOROS FONDU BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAKLA BAĞLI ƏRİZƏLƏRİN QƏBULUNU ELAN EDİB

24.08.2010

Məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb

21.08.2010

"ÖLKƏDƏ NORMA İLƏ ANORMALLIĞIN YERİ DƏYİŞİB"

20.08.2010

GƏNCƏDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN GÖRÜŞÜNƏ ƏNGƏL YARADILIB

12.08.2010

ФУАД АГАЕВ: БЕЗ КАРДИНАЛЬНЫХ РЕФОРМ СУДЕБНАЯ СИСТЕМА

11.08.2010

AVQUSTUN 13-də ALI MƏHKƏMƏDƏ SMDTM-nin ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İŞİ ÜZRƏ KASSASIYA ŞIKAYƏTINƏ BAXILACAQ

11.08.2010

BİRLƏŞMƏK HÜQUQUNUN POZUNTUSUNDAN AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

11.08.2010

(Bir FB yazışmasından)

11.08.2010

MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMU İLƏ IYUL AYI ÜZRRƏ HESABATINI AÇIQLAYIB

10.08.2010

78 NƏFƏR HAKİMLİYƏ NAMİZƏD YEKUN MÜSAHİBƏYƏ BURAXILIB

09.08.2010

PREZİDENT FƏRMANI İLƏ MƏHKƏMƏLƏRİN ƏRAZİ YURİSDİKSİYASINA DƏYİŞİKLİKLƏR EDİLİB

08.08.2010

“YAPARTEİD REJİMININ BAŞÇISI İLHAM ƏLİYEVƏ MƏHKUM EYNULLA FƏTULLAYEVDƏN (23 SAYLI KAMERA) AÇIQ MƏKTUB”

07.08.2010

KONSTİTUSİYA MƏHKƏMƏSİ CPM-in 157.5-ci MADDƏSİNİ ŞƏRH EDİB

07.08.2010

BAŞ PROKURORLUQDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

07.08.2010

ƏDLİYYƏ NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB

04.08.2010

ATƏT/DTIHB AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTLƏ BAĞLI İLK HESABATINI AÇIQLAYIB

30.07.2010

SƏBAİL RAYON 8-Cİ POLİS BÖLMƏSİNDƏ DÖYÜLƏN GƏNC FƏAL RÖVŞƏN NƏSİRLİ MƏHKƏMƏ ŞİKAYƏT VERDİ

29.07.2010

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ AZƏRBAYCANA BAĞLI DAHA BİR ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI

© 2006 - 2010
Müəllif hüquqları HMC-nə məxsusdur.

NUR D