
Hüquq Maarifçiliyi Cəmiyyəti (HMC) 13 mart 2010-cu ildə hüquqşünaslar üçün “İnformasiya almaq hüququ” mövzusunda təlim keçirəcək.
Təlimdə praktik hüquqşünaslar və ali təhsil müəssisələrinin “hüquqşünaslıq” və “beynəlxalq hüquq” fakültələrinin bakalavr yuxarı kurs və magistraturanın tələbələri iştirak edə bilərlər.
Təlimdə iştirak etmək arzusunda olan şəxslər mart ayının 10-na qədər bu barədə elektron poçtla CV-ərini göndərə (legal@azeronline.com, legal@azeurotel.com) və ya aşağıda göstərilən telefonlarla məlumat verə bilərlər. Nəticələr mart ayının 11-də elan ediləcək (təlimin gündəliyi əlavə olunur).
Təlim HMC-nin ofisində keçiriləcək.
Ünvan: Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi 199, mənzil 7
Telefon: 498 94 80; 498 81 75
Əlaqəli şəxs: Xanqız Aslanova
TƏLİMİN GÜNDƏLİYİ 13 mart 2010-cu il
9.50-10.00Qeydiyyat. Açılış və iştirakçılarla tanışlıq.
10.00-11.10Kursun məqsədləri, gözlənilən nəticələr və metodologiya ilə bağlı iştirakçıların rəyləri
10.10-11.30İnformasiya əldə olunmasının təşkili
- İnformasiya sahibinin vəzifələri
- İnformasiya əldə olunmasının təşkilinə görə məsuliyyət
- Sənədlərin reyestri
Mövzu üzrə kazusların həlli11.30-11.50
Kofe fasiləsi11.50-13.00İnformasiyanın əldə olunmasının sorğu əsasında təmin edilməsi
- İnformasiya sorğusunun təqdim edilmə üsulu
- İnformasiya əldə etmənin formaları
- İnformasiyanın əldə edilməsi haqqında sorğu
- İnformasiya sorğusunun icra olunma üsulları
- İnformasiya sorğusunun icra edilməsindən imtina
- İnformasiya sorğusunun təmin edilməsi
- İnformasiya sorğusunun icra müddəti
- İnformasiya sorğusunun icrasının və icrasından imtinanın qeydə alınması
Mövzu üzrə kazusların həlli13.00-14.00
Nahar14.00-15.40İnformasiyanın açıqlanması
- İnformasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsi
- İnformasiyanın açıqlanması üsulları
- İnformasiyanın açıqlanması üsulunun seçilməsi
- İnternet informasiya ehtiyatlarının yaradılması vəzifəsi
- İnternet informasiya ehtiyatlarına verilən tələblər
Mövzu üzrə kazusların həlli15.40-16.00
Kofe fasiləsi16.00-17.00Avropa İnsan Hüquqları Məhkəməsinin informasiya hüququ ilə bağlı qərarlarının müzakirəsi.
17.00
Yekun və qiymətləndirmə
Çap üçün versiya
Geri qayitmaq