Azerbaycanca   English version   
HÜQUQ MAARİFÇİLIYI CƏMİYYƏTİ
05.03.2010

DUBAYDA 3 ƏLİYEVİN 75 MİLYONLUQ MÜLKÜ
Endyu Xiqqins

Məqalə «The Washington Post» qəzetinin 5 mart 2010-cu il nömrəsində çıxıb. Məqalənin müəllifi Endyu Xiqqinsdir. (İxtisarla)


Hətta israfçı şəhərin ölçülərinə görə də alışın həcmi əzəmətli olub: ötən il Azərbaycandan olan 11 yaşlı oğlan dəniz sahilində 9 mülkün sahibinə çevrilib.

1 AZƏRBAYCANLININ 10 MİN İLLİK ƏMƏK HAQQI

Mülkün ümumi dəyəri təxminən 44 milyon dollardır – bu, orta Azərbaycan vətəndaşının 10 min illik əmək haqqı deməkdir. Ancaq belə görünür ki, Dubayın ən bahalı mülklərinin bir hissəsinin sahibi olan bu oğlan orta səviyyəli Azərbaycan vətəndaşı deyil.

Dubay Torpaq Departamentinin məlumatına görə, bu...Heydər Əliyevdir, Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin eyni adlı oğlu kimi. Mülkiyyətçinin doğum günü də prezidentin oğlu ilə eyni günə təsadüf edir.

Bakıdakı rəsmilər prezidentin oğlunun və yaxud eyni adlı və doğum günlü Azərbaycan məktəblisinin Palm Jumeirahda - multimilyonçu Britaniya futbolçularının və digər pullu adamları ilə tanınan bir yerdə bahalı mülklərin sahibinə necə çevrildiyi barədə şərh verməkdən imtina ediblər.

İLHAM ƏLİYEVİN MAAŞINA DUBAYDA MÜLK YOXDUR

Palm Jumeirah adasında Əliyevlərin sahil boyunca 9 mülkü var.

İlham Əliyevin prezident kimi illik maaşı 228 min dollardır. Bu məbləğ Dubayda hətta ən kiçik mülk almağa belə çatmır.

Prezidentin sözçüsü Azər Qasımov Dubayda alınan mülkü müzakirə etməkdən imtina edib.

«Mən heç nəyi şərh edə bilmərəm. Mən bu söhbəti dayandırıram. Sağ olun» – Dubayın Torpaq Departamentinin məlumatlarında qeyd olunan mülkiyyətçinin adını eşidən zaman Qasımovun cavabı belə olub.

Qasımov sonradan faks, elektron poçt və SMS-lərə də şərh verməyib.

Dubayda əldə edilən mülk barədə əvvəllər məlumat yayılmayıb. Bu hadisə Azərbaycanın var-dövlətini xaricdə gizlədən hakim elitasının nə qədər, hansı yollarla pul yığdığını göstərən nadir misallardan biri ola bilər.

Dubayın Torpaq Departamentinin məlumatlarında Heydər Əliyevin 9 mülkü ilə yanaşı, Leyla və Arzu Əliyevaların da adları da hallanır. Prezident Əliyevin eyni adlı və təxminən eyni yaşda olan iki qızı var. Onların dəqiq doğum tarixini müəyyənləşdirmək mümkün olmayıb. Ancaq müxtəlif məlumatlara görə, Leyla Əliyevanın doğum günü Torpaq Departamentində qeyd olunan azərbaycanlı qızın doğum günü ilə eynidir.

3 ƏLİYEVİN 75 MİLYONLUQ MÜLKÜ

Ümumilikdə, prezidentin üç uşağının adı ilə eyni olan azərbaycanlıların Dubayda təxminən 75 milyon dollar dəyərində mülkü var. Dubayın daşınmaz əmlak dilerləri bildirib ki, mülklərin alınması ilə bağlı bəzi əməliyyatlar Azərbaycanın hakim ailəsini təmsil edən şəxs tərəfindən aparılıb. Onlar ödənişin avansla ödənildiyini deyir.

Gəlir gətirməyəcəyini bilərək xaricdə əmlak almaq bir sıra neft istehsal edən dövlətlərə xasdır. Korrupsioner elitalar ölkədə siyasi dəyişiklik olarsa, bu yolla var-dövlətlərini sığortalayırlar.

İLLİK MAAŞDAN 330 DƏFƏ BAHALI MÜLK

Dubayda Əliyevlərin mülkləriylə bağlı alış veriş işləri 2008-ci ildə başlayır.

Prezident Əliyevin övladları ilə eyni adı daşıyan 3 şəxsin adına Dubayda qeydiyyata alınmış əmlak onun illik maaşından 330 dəfə çoxdur.

Ailənin bəzi üzvlərinin, hər halda, pulu var. Prezidentin Rusiyanın zəngin iş adamı Emin Ağalarovla ailə qurmuş böyük qızı Leyla, ölkənin birinci xanımı Mehriban Əliyevanın qohumlarının Azərbaycanda gəlirli biznes maraqları var.

«BİZ BU HAQDA ŞƏRH VERMƏK İSTƏMİRİK»

Emin Ağalarov Dubaydakı mülklə bağlı öz həyat yoldaşına və ya digər Əliyevlərə kömək etməsinə dair suala cavab verməkdən imtina etdi. O dedi ki, «öz xanımı ilə birgə biznesi və mülkiyyəti var».

Ancaq elektron poçtla yazdığı məktubda «Biz bu haqda şərh vermək istəmirik» yazıb həmin mülkiyyət barədə detallı məlumat vermədi».

Azadlıq Radiosu

Çap üçün versiya

Geri qayitmaq


SON XƏBƏRLƏR

07.09.2010

SOROS FONDU İCTİMAİ VƏASİTLƏRİN İSTİFADƏSİNDƏ ŞƏFFAFLIQ MÖVZUSUNDA MÜSABİQƏ ELAN EDİB

03.09.2010

OKTYABRIN ƏVVƏLİNDƏ GƏNC İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİNİN FORUMU KEÇİRİLƏCƏK

02.09.2010

ÖLKƏNİN BİR SIRA NÜFUZLU HÜQUQ TƏŞKİLATLARININ RƏHBƏRLƏRİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT EDİBLƏR

31.08.2010

ANTALİYADA STRATEJİ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB

30.08.2010

GTZ JURNALİSTLƏR ARASINDA TƏHSIL SAHƏSİNDƏ MÜSABİQƏ ELAN EDİB

29.08.2010

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

26.08.2010

AZƏRBAYCAN MİQRASİYA MƏRKƏZİ VAKANT VƏZİFƏLƏRƏ MÜSABİQƏ ELAN EDİB

26.08.2010

SOROS FONDU BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAKLA BAĞLI ƏRİZƏLƏRİN QƏBULUNU ELAN EDİB

24.08.2010

Məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb

21.08.2010

"ÖLKƏDƏ NORMA İLƏ ANORMALLIĞIN YERİ DƏYİŞİB"

20.08.2010

GƏNCƏDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN GÖRÜŞÜNƏ ƏNGƏL YARADILIB

12.08.2010

ФУАД АГАЕВ: БЕЗ КАРДИНАЛЬНЫХ РЕФОРМ СУДЕБНАЯ СИСТЕМА

11.08.2010

AVQUSTUN 13-də ALI MƏHKƏMƏDƏ SMDTM-nin ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İŞİ ÜZRƏ KASSASIYA ŞIKAYƏTINƏ BAXILACAQ

11.08.2010

BİRLƏŞMƏK HÜQUQUNUN POZUNTUSUNDAN AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

11.08.2010

(Bir FB yazışmasından)

11.08.2010

MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMU İLƏ IYUL AYI ÜZRRƏ HESABATINI AÇIQLAYIB

10.08.2010

78 NƏFƏR HAKİMLİYƏ NAMİZƏD YEKUN MÜSAHİBƏYƏ BURAXILIB

09.08.2010

PREZİDENT FƏRMANI İLƏ MƏHKƏMƏLƏRİN ƏRAZİ YURİSDİKSİYASINA DƏYİŞİKLİKLƏR EDİLİB

08.08.2010

“YAPARTEİD REJİMININ BAŞÇISI İLHAM ƏLİYEVƏ MƏHKUM EYNULLA FƏTULLAYEVDƏN (23 SAYLI KAMERA) AÇIQ MƏKTUB”

07.08.2010

KONSTİTUSİYA MƏHKƏMƏSİ CPM-in 157.5-ci MADDƏSİNİ ŞƏRH EDİB

07.08.2010

BAŞ PROKURORLUQDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

07.08.2010

ƏDLİYYƏ NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB

04.08.2010

ATƏT/DTIHB AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTLƏ BAĞLI İLK HESABATINI AÇIQLAYIB

30.07.2010

SƏBAİL RAYON 8-Cİ POLİS BÖLMƏSİNDƏ DÖYÜLƏN GƏNC FƏAL RÖVŞƏN NƏSİRLİ MƏHKƏMƏ ŞİKAYƏT VERDİ

29.07.2010

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ AZƏRBAYCANA BAĞLI DAHA BİR ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI

© 2006 - 2010
Müəllif hüquqları HMC-nə məxsusdur.

NUR D