Azerbaycanca   English version   
HÜQUQ MAARİFÇİLIYI CƏMİYYƏTİ
02.03.2010

DÖVLƏT MARAQLARI VƏ EHTİYACLARNIN HƏYATIMIZDAKI YERİ
Etiraf edim ki, bu yazı bir az gecikib. Əslində, bu yazı 18 mart referendumundan əvvəl yazılmalıydı. Amma bu anlayış hələ də yanlış istifadə olunduğuna görə, məsələ haqqında şərh vermək faydalı olardı. Əvvəllər qanunvericilikdə “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar” sözlərini tez-tez görmək olurdu. Bunu Konstitusiyada, mülki və torpaq qanunvericiliyində, habelə digər aktlarda görmək mümkün idi. Sonra ifadənin “ictimai ehtiyaclar” hissəsi qanunvericilik aktlarından yığışdırıldı. Amma “İnzibati icraat haqqında qanunda “dövlət maraqları və ya ictimai maraqlar”, “Dövlət satınalmaları haqqında” qanunda “dövlət maraqları” anlayışına indi də rast gəlmək mümkündür. “Milli təhlükəsizlik haqqında” qanunda isə “ümumdövlət maraqları” kimi bir konsept var.

Burada yaranan əsas sual bundan ibarətdir: ictimai maraq və ya ehtiyac xaricində, ayrıca dövlət marağı və ehtiyacı ola bilərmi? Bu ikisi arasındakı fərq nədir? Anlayışa bu cür yanaşdıqda, düşünə bilərsiniz ki, dövlət maraqları ilə ictimai maraqlar ayrı ola bilər. Bu, yabançılaşma, mülkiyyətin məcburi satın alınması ilə bağlı olaraq “ictimai ehtiyaclar” anlayışının qanunvericilikdən çıxarılması ilə daha da gücləndi. Lakin bu cür yanaşma, çox ciddi fəlsəfi, hüquqi və texniki bir səhvdir.

Əvvəlcə onu qeyd etməliyik ki, dövlətlərin varlıq məqsədi cəmiyyətə (vətəndaşlara) xidmət etmək, cəmiyyət üzvlərinə firavan həyat təmin etməkdir. Dolayısıyla “ictimai maraq” dövlətin qəti və son məqsədini təşkil edir və etməlidir. Hər bir dövlət marağında mütləq ictimai maraq olmalıdır. İctimai maraq geniş, dövlət marağı isə ondan daha dar və onun daxilində yer alan anlayış kimi çıxış edə bilər. Bu, işin fəlsəfi cəhətidir. Məsələnin bir də tarixi cəhətinə baxaq.

Fransızların 1789-cu il tarixli məşhur “İnsan və vətəndaş hüquqları haqqında” Bəyannaməsinin 1-ci maddəsində “ümumi (ictimai) maraq” anlayışını görmək mümkündür. Sivilizasiyanın qeydə dəyər heç bir sənədində, “dövlət maraqları/ehtiyacları” anlayışına rast gəlmək mümkün deyil. İnanmayanlar 1948-ci il tarixli BMT Deklarasiyasına, 1966-cı il tarixli BMT paktlarına, 1950-ci il tarixli Avropa İnsan Hüquqları Kovensiyasına baxa bilərlər. Terminin bizim dilə bu şəkildə daxil olması, əslində avtoritar sovet rus keçmişinin qalığıdır: liberal Avropa anlayışında heç vaxt olmayan “interesı qosudarstva i obşestva” termini tərcümə edilib və istifadə olunub. Əslində orada “və ya” deyil “və” bağlayıcının istifadə olunması, “dövlət” və “cəmiyyətin” bir-birindən ayrılmaz konsepsiya olduğunu göstərir. Ümumiyyətlə, bizdə qanunlar, xüsusən Mülki Məcəllə, rus dilindən tərcümə edilərkən bu cür səhvlərə yol verilib. Lakin buradakı tərcümə səhvi, digərlərinə görə daha fərqli və dərin təsirə səbəb olub.

Məsələyə hüquqi cəhətdən baxsaq, deyə bilərik ki “dövlət marağı” sözü ümumiyyətlə, siyasi bir anlayışdır, onu xarici siyasət məsələlərində istifadə etmək daha düzgündür. Bu anlayış hətta “milli təhlükəsizlik” anlayışından daha siyasidir. Bu səbəblə, bu anlayışı hüquqi mətnlərə qoymaq doğru deyil. Bu səbəblə, Avropa İnsan Hüquqları Kovensiyasında (AİHK), ictimai maraq, milli təhlükəsizlik, ictimai asayiş və qayda kimi məfhumlar olduğu halda, “dövlət maraqları” orada mövcud deyil. Gələk işin texniki tərəflərinə. Mülki Məcəllənin 157.9-cu maddəsi elə bir təsəvvür yaradır ki, “dövlət ehtiyacları” anlayışı “yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi” kimi başa düşülməlidir. Onda sual yaranar ki, “Qış bulvarı” parkının tikilməsində bunlardan hansıları mövcuddur? Cavab qısadır – heç biri.

Ümumiyyətlə, park və bulvar kimi istirahət yerlərinin tikilməsində, dövlətin yox, xalqın (ictimai) marağı və ehtiyacı var. Başqa sözlə, Qış bulvarının tikilməsi ilə bağlı olaraq o yerdə yaşayan vətəndaşların evlərinin məcburi qaydada alınması, indiki variantı ilə nə Konstitusiyanın 29-cu, nə də Mülki Məcəllənin 157-ci maddəsinə uyğun gəlir. Halbuki orada “ictimai ehtiyaclar” sözləri olsaydı, daha uyğun olardı. “İctimai ehtiyaclar” sözünə qarşı çıxanlar, bunu onunla əsaslandırırdılar ki, inşaat şirkətləri vətəndaşları məhkəməyə verərək onları məcburi qaydada evlərindən çıxarırdılar. Halbuki bunun yolverilməz olduğuna dair Ali Məhkəmənin müvafiq Plenum qərarı vardı. Habelə AİHK-nın 1-ci protokolunda mülkiyyətin dövlətləşdirilməsi səbəbi kimi məhz “general interest” – ümumi (ictimai) maraq göstərilir. Nəticədə belə alınır ki, qanunları elə yazırıq ki, sonra onu pozmaq məcburiyyətində qalırıq. Halbuki “ictimai ehtiyac (maraq)” anlayışına söykənsəydik, həm rahat-rahat parklar və yollar tikərdik, həm də beynəlxalq və milli hüququ pozmamış olardıq. Yuxarıdakı arqumentləri cəmləşdirərək bunları qeyd etməliyik. Dövlət cəmiyyət üçün, ona xidmət üçün var (olmalıdır). Bu tezis, liberal-demokratik dövlətlərin mübahisəsiz şüarıdır. Bu yanaşmanı tərsinə qoymaq olarmı? Yəni demək olarmı ki, cəmiyyət də dövlət üçün olmalıdır?

Əslində, bir cəmiyyətin yaşaya bilməsi ancaq konkret bir dövlət daxilində mümkündür, başqa sözlə, dövlət olmadan cəmiyyət də ola bilməz. Lakin “dövlət” cəmiyyətin hədəfi yox, onun vasitəsidir. Dövlətin güclü, sabit olması vacibdir, lakin bu məqsəd yox, mexanizmdir. Məqsəd isə, cəmiyyət üzvlərinə, yəni insanlara azad, rahat və təhlükəsiz həyat təmin etməkdir. Bu məqsəd, bütün siyasi rejimlərdə dəyişmədən qalmalıdır: nə demokratiya, nə sosializmdəki liberalizm siyasi cəmiyyətlərin məqsədi deyil. Bu baxımdan, konstitusiyalı monarxiya vətəndaşlarına toxunulmazlıq, əmin-amanlıq, siyasi və iqtisadi təhlükəsizlik təmin edirsə, belə monarxiya xalq üçün daha legitim və xoş sayıla bilər.

İsveçrənin bəzi kantonları kimi birbaşa demokratiya ilə idarə olunan sistemdə, işsizlik və iqtisadi problemlər baş alıb gedərsə, çətin ki, kimsə orada yaşamaq istəsin. Əslində, söhbətini etdiyimiz mövzunun, dərin fəlsəfi təməlləri və praktiki nəticələri mövcuddur. Məsələ Konstitusiyada öz əksini tapmış “xalq hakimiyyəti” anlayışını maraqlandırır. Digər tərəfdən “millət” faktorunun formalaşıb-formalaşmadığını göstərir. Dövlət-cəmiyyət münasibətlərin hansı formada olduğunu büruzə verir. Qlobal dünyada bir çox şeyin yeni oyun qaydaları formalaşıb. Reklam, müxtəlif proseslərin vacib lokomotivlərindən birisi halına çevrilib. Burada keyfiyyətli reklamdan danışırıq. Bu baxımdan siyasi hakimiyyətlər qanunun dilindən də reklam vasitəsi kimi istifadə etməyi bacarmalıdırlar. Əslində qanunlar siyasi proqramların reallaşdırma vasitəsi olduğundan, eyni zamanda onların motivlərini də büruzə verir. Buna görə də Azərbaycanda professional “imic-meyker”lərə ciddi ehtiyac var. Belə yanaşma bəzilərinə “hüquqi sinizm” kimi görsənməsin. Hüquq rasional və praqmatikdir, lakin onun eyni zamanda istiqamətləndirici və stimullaşdırıcı təsiri istisna olunmur.

Nəticədə təklif olunan budur: Konstitusiyanı tez-tez dəyişmək həm düzgün, həm də mümkün olmadığına görə, növbəti dəyişikliyə qədər qanunvericilikdəki “dövlət ehtiyacı/marağı” sözlərini “ictimai ehtiyac/marağ” kimi anlamalı və tətbiq etməliyik.

Dr. Fərhad Mehdiyev,
2 mart 2010, Arbitraj Consulting

Çap üçün versiya

Geri qayitmaq


SON XƏBƏRLƏR

07.09.2010

SOROS FONDU İCTİMAİ VƏASİTLƏRİN İSTİFADƏSİNDƏ ŞƏFFAFLIQ MÖVZUSUNDA MÜSABİQƏ ELAN EDİB

03.09.2010

OKTYABRIN ƏVVƏLİNDƏ GƏNC İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİNİN FORUMU KEÇİRİLƏCƏK

02.09.2010

ÖLKƏNİN BİR SIRA NÜFUZLU HÜQUQ TƏŞKİLATLARININ RƏHBƏRLƏRİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT EDİBLƏR

31.08.2010

ANTALİYADA STRATEJİ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB

30.08.2010

GTZ JURNALİSTLƏR ARASINDA TƏHSIL SAHƏSİNDƏ MÜSABİQƏ ELAN EDİB

29.08.2010

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

26.08.2010

AZƏRBAYCAN MİQRASİYA MƏRKƏZİ VAKANT VƏZİFƏLƏRƏ MÜSABİQƏ ELAN EDİB

26.08.2010

SOROS FONDU BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAKLA BAĞLI ƏRİZƏLƏRİN QƏBULUNU ELAN EDİB

24.08.2010

Məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb

21.08.2010

"ÖLKƏDƏ NORMA İLƏ ANORMALLIĞIN YERİ DƏYİŞİB"

20.08.2010

GƏNCƏDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN GÖRÜŞÜNƏ ƏNGƏL YARADILIB

12.08.2010

ФУАД АГАЕВ: БЕЗ КАРДИНАЛЬНЫХ РЕФОРМ СУДЕБНАЯ СИСТЕМА

11.08.2010

AVQUSTUN 13-də ALI MƏHKƏMƏDƏ SMDTM-nin ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İŞİ ÜZRƏ KASSASIYA ŞIKAYƏTINƏ BAXILACAQ

11.08.2010

BİRLƏŞMƏK HÜQUQUNUN POZUNTUSUNDAN AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

11.08.2010

(Bir FB yazışmasından)

11.08.2010

MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMU İLƏ IYUL AYI ÜZRRƏ HESABATINI AÇIQLAYIB

10.08.2010

78 NƏFƏR HAKİMLİYƏ NAMİZƏD YEKUN MÜSAHİBƏYƏ BURAXILIB

09.08.2010

PREZİDENT FƏRMANI İLƏ MƏHKƏMƏLƏRİN ƏRAZİ YURİSDİKSİYASINA DƏYİŞİKLİKLƏR EDİLİB

08.08.2010

“YAPARTEİD REJİMININ BAŞÇISI İLHAM ƏLİYEVƏ MƏHKUM EYNULLA FƏTULLAYEVDƏN (23 SAYLI KAMERA) AÇIQ MƏKTUB”

07.08.2010

KONSTİTUSİYA MƏHKƏMƏSİ CPM-in 157.5-ci MADDƏSİNİ ŞƏRH EDİB

07.08.2010

BAŞ PROKURORLUQDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

07.08.2010

ƏDLİYYƏ NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB

04.08.2010

ATƏT/DTIHB AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTLƏ BAĞLI İLK HESABATINI AÇIQLAYIB

30.07.2010

SƏBAİL RAYON 8-Cİ POLİS BÖLMƏSİNDƏ DÖYÜLƏN GƏNC FƏAL RÖVŞƏN NƏSİRLİ MƏHKƏMƏ ŞİKAYƏT VERDİ

29.07.2010

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ AZƏRBAYCANA BAĞLI DAHA BİR ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI

© 2006 - 2010
Müəllif hüquqları HMC-nə məxsusdur.

NUR D