Azerbaycanca   English version   
HÜQUQ MAARİFÇİLIYI CƏMİYYƏTİ
24.02.2010

ABŞ-ın GLOBAL İNTEGRİTY ANTİ-KORRUPSİYA TƏŞKİLATI AZƏRBAYCAN ÜZRƏ 2009-cu İL HESABATINI AÇIQLADI
Hesabat Azərbaycanı 100 ballıq şkala üzrə 64 balla - korrupsiya ilə mübarizə, şəffaflıq və idarəetmə sahəsində “zəif” qiymətləndirdi

25.02.2010. Fevralın 23-də Amerika Birləşmiş Ştatlarının “Global İntegrity” təşkilatı 36 ölkə, o cümlədən Azərbaycanda anti-korrupsiya və yaxşı idarəçilik üzrə 2009-cu il hesabatını yaydı.

Hesabat altı kateqoriya üzrə - vətəndaş cəmiyyəti, ictimai məlumat və media, seçkilər, hakimiyyətin hesabatlılığı, dövlət qulluğu, nəzarət və nizamlama, anti-korrupsiya və hüququn aliliyi sahələrini əhatə edən 300-dən çox sualı cavablandırır. Təşkilatın rəyinə görə, Azərbaycan 100 ballıq şkala üzrə 64 balla yekunda “zəif” qiymətinə layiq görülüb.

Hesabata əsasən, Azərbaycanda qanunvericilik bazası yetərincə mohkəm olsa da, onun tətbiqi təcrübəsində ciddi problemlər var. Bu baxımdan, təşkilat qanunvericilik bazasının səviyyəsinə görə Azərbaycana 100 maksimum baldan 88, onun icrası praktikasına görə isə cəmi 40 bal verdi. Beləliklə qanunvericiliyin icra kəsiri böyük- 48 bal oldu. Hesabatda deyilir ki, icra hakimiyyətinin qanunverici və məhkəmə hakimiyyəti üzərində güclü nəzarəti davam etməklə yanaşı, büdcənin təsdiqi prosesi, məhkəmə qərarları, dövlət qurumları, audit, Ombudsman, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası icra hakimiyyətinin təsiri altındadır.

Hesabatda vahid pəncərə sisteminə keçidlə bağlı kommersiya təşkilatlarının qeydiyyatı sahəsindəki bürokratik əngəllərin aradan qaldırılması, Auditorlar Palatasının beynəlxalq audit standartlarının icrası üzərində fəaliyyəti müsbətə doğru addım kimi qiymətləndirildi. Qeyd edək ki, Global İntegrity 2006-cı il hesabatında Azərbaycanı 60 balla “çox zəif”, 2007-ci ildə 65 bal, 2008-ci ildə isə 61 balla “zəif” qiymətinə layiq görmüşdü.

Hesabatın ingilis dilində tam mətni ilə bu linkdə tanış olmaq olar: http://report.globalintegrity.org/Azerbaijan/2009

Xatirladaq ki, Global Integrity ABŞ-da yerləşən və çoxsaylı mükafatlara layiq görülən müstəqil beynəlxalq qeyri-kommersiya təşkilatı olmaqla, inkişaf etmiş və inkişaf etməkdə olan 100-dən artıq ölkənin 900-dən çox yerli ekspertlər şəbəkəsinin köməyi ilə anti-korrupsiya islahatları, şəffaflıq və hesabatlılığın illik analizini aparır.

monitoring.az

Məlumatlardan istifadə zamanı sayta istinad xahiş olunur.

Çap üçün versiya

Geri qayitmaq


SON XƏBƏRLƏR

07.09.2010

SOROS FONDU İCTİMAİ VƏASİTLƏRİN İSTİFADƏSİNDƏ ŞƏFFAFLIQ MÖVZUSUNDA MÜSABİQƏ ELAN EDİB

03.09.2010

OKTYABRIN ƏVVƏLİNDƏ GƏNC İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİNİN FORUMU KEÇİRİLƏCƏK

02.09.2010

ÖLKƏNİN BİR SIRA NÜFUZLU HÜQUQ TƏŞKİLATLARININ RƏHBƏRLƏRİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT EDİBLƏR

31.08.2010

ANTALİYADA STRATEJİ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB

30.08.2010

GTZ JURNALİSTLƏR ARASINDA TƏHSIL SAHƏSİNDƏ MÜSABİQƏ ELAN EDİB

29.08.2010

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

26.08.2010

AZƏRBAYCAN MİQRASİYA MƏRKƏZİ VAKANT VƏZİFƏLƏRƏ MÜSABİQƏ ELAN EDİB

26.08.2010

SOROS FONDU BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAKLA BAĞLI ƏRİZƏLƏRİN QƏBULUNU ELAN EDİB

24.08.2010

Məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb

21.08.2010

"ÖLKƏDƏ NORMA İLƏ ANORMALLIĞIN YERİ DƏYİŞİB"

20.08.2010

GƏNCƏDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN GÖRÜŞÜNƏ ƏNGƏL YARADILIB

12.08.2010

ФУАД АГАЕВ: БЕЗ КАРДИНАЛЬНЫХ РЕФОРМ СУДЕБНАЯ СИСТЕМА

11.08.2010

AVQUSTUN 13-də ALI MƏHKƏMƏDƏ SMDTM-nin ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İŞİ ÜZRƏ KASSASIYA ŞIKAYƏTINƏ BAXILACAQ

11.08.2010

BİRLƏŞMƏK HÜQUQUNUN POZUNTUSUNDAN AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

11.08.2010

(Bir FB yazışmasından)

11.08.2010

MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMU İLƏ IYUL AYI ÜZRRƏ HESABATINI AÇIQLAYIB

10.08.2010

78 NƏFƏR HAKİMLİYƏ NAMİZƏD YEKUN MÜSAHİBƏYƏ BURAXILIB

09.08.2010

PREZİDENT FƏRMANI İLƏ MƏHKƏMƏLƏRİN ƏRAZİ YURİSDİKSİYASINA DƏYİŞİKLİKLƏR EDİLİB

08.08.2010

“YAPARTEİD REJİMININ BAŞÇISI İLHAM ƏLİYEVƏ MƏHKUM EYNULLA FƏTULLAYEVDƏN (23 SAYLI KAMERA) AÇIQ MƏKTUB”

07.08.2010

KONSTİTUSİYA MƏHKƏMƏSİ CPM-in 157.5-ci MADDƏSİNİ ŞƏRH EDİB

07.08.2010

BAŞ PROKURORLUQDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

07.08.2010

ƏDLİYYƏ NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB

04.08.2010

ATƏT/DTIHB AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTLƏ BAĞLI İLK HESABATINI AÇIQLAYIB

30.07.2010

SƏBAİL RAYON 8-Cİ POLİS BÖLMƏSİNDƏ DÖYÜLƏN GƏNC FƏAL RÖVŞƏN NƏSİRLİ MƏHKƏMƏ ŞİKAYƏT VERDİ

29.07.2010

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ AZƏRBAYCANA BAĞLI DAHA BİR ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI

© 2006 - 2010
Müəllif hüquqları HMC-nə məxsusdur.

NUR D