Azerbaycanca   English version   
HÜQUQ MAARİFÇİLIYI CƏMİYYƏTİ
24.02.2010

AXTAXANA
Azərbaycanda qanunlar ictimai müzakirələrdən keçmir. Qanunvericiliyimizin bu gündə olmasının əsas səbəblərindən biri budur. «Aparat qanunvericiliyi» isə ancaq sifarişli qanunvericilik ola bilər.

Qanunvericilik hakimiyyətin iradəsidir. Xalqa söykənməyən hakimiyyətin iradəsi isə xalqın iradəsi ilə üst-üstə düşmür. Belədə hər hansı müzakirə arzu olunmazdır.

Qanunvericilik bu halda keyfiyyətli, uzun ömürlü, ümumi qəbul edilən ola bilərmi? Təbii ki, yox. Ancaq qanunvericilik bu keyfiyyətlərdən məhrumdursa, deməli, onun nəticəsi – qanun qanun deyil. Ən azı normal və keyfiyyətli qanun deyil.

Özəlliklə siyasi xarakterli, insan haqlarına təsiri olan qanunlarda – seçkilər, sərbəst toplaşmaq, birləşmək, media azadlığı və başqa qanunlarda hakimiyyətin tayfa-klan iradəsinin ifadəsi Azərbaycan qanunvericiliyi üçün adi hala çevrilib. İndi bu praktika başqa sahələri də qamarlamaqdadı. Bu qamarlama da adi zorlama kimi bir şeydi, çünki hər iki halda iradə zorlanır – birinci halda fərdin, ikinci halda isə bütün cəmiyyətin iradəsi.

Son günlər gündəmə gələn yeni qanunvericilik təşəbbüsü – seksual cinayətlərdə təqsirli olan şəxslərə spesifik cəza (axtalanma) verilməsi də ciddi ictimai müzakirələr tələb edir. Məsələn, kimsə deyə bilər ki, siyasi satqınlıq, yaltaqlıq, ömrünü ləyaqətsiz karyera qazanmağa sərf etmə və cəmiyyətə daha çox zərər vuran bu kimi əməllər bu cinayətdən daha sərt cəzalandırılmalıdı. Hər bir halda müzakirə qaçılmazdı. Ən azı qanunun işləməsini təmin etmək üçün onu ictimaiyyətin özününküləşdirməsi vacibdi.

Bəzən deyirlər ki, bizdə peşəkar qanunyazan hüquqçular yoxdur, kimlərlə müzakirə aparaq. Bu sarsaq arqumenti bir daha təkzib və rədd etmək istədim və İnternet (Facebook) vasitəsilə hüquqçulara belə bir sual ünvanladım:

«Hörmətli kolleqalar! MM zorlamada təqsirkar bilinən şəxslərin axtalanması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsi barədə qanun layihəsi hazırlayır. İnsanın anatomik bütövlüyünün pozulmazlıgı, cismani cəzaların yolverilməzliyi, məhkəmə səhvləri və s. məsələlər kontekstində buna münasibətiniz necədir?»

Alınan cavabları oxuculara və kitab-qəzet oxuyan qanunvericilərimizə təqdim edirəm. Qoy şərhi hamı özü versin.

"Anar Gəraylı: Adamlar 21-ci əsrdə insan hüquqlarından danışır. Bizimkilərsə adam axtalamaqdan.

Rövşanə Rəhimli: Bu absurd fikirlər haradan ağıllarına gəlib görəsən? Bu qanun qəbul edilməzdir! Bu əmələ görə konkret cəza nəzərdə tutulub, vəssalam. Deyəsən, artıq acıq-aşkar İranın təsiri altında olduqlarını bəyan edirlər.

Hafiz Əliyev: Bu çox mənasız bir məsələdir. Bunu o ölkə qəbul edər ki, o ölkədə hüquq-mühafizə orqanları və məhkəmə sistemi tam düzgün işləyə. Siz bu məsələni fikirləşəndə bir bu sual barəsində də düşünün: deyək ki, birinin şərlənməsi nəticəsində o, bu cəzaya layiq görülür və müəyyən müddətdən sonra günahsız olduğu aşkar olunur. Onda onun itirilmiş reproduksiya qabiliyyəti necə geri qaytarılacaq?

Selcan Məmmədli: O zaman gərək cinayət məsuliyyətinin prinsiplərinə də dəyişiklik olunsun - bəs cəzanın insan ləyaqətini alçaltma məqsədi daşımaması və s. bu kimi prinsiplər? Deyəsən eramızdan əvvəlki dövrə qayıtmaq istəyirik, səhv etmirəmsə, qədim Romada idi, oğurluq edəni cəzalandırmaqla yanaşı eyni zamanda əllərini kəsirdilər... Dövlət cinayətə cinayətlə cavab verirdi...

Rövşanə Rəhimli: Bu yaxınlarda Xammurapinin də qanunlarını tətbiq etsələr, heç təəccüblənmərəm.
Rəşad Quliyev: Kimyəvi axtalama ABŞ-ın bəzi ştatlarında (Kaliforniya, Texas, Corciya və s.) seksual xarakterli cinayətlərə görə məhkuma məcburi müalicə olaraq təyin oluna bilər. Bildiyimə görə, bu bəzən məhkuma qısamüddətli cəza verilməsinə əvəz olaraq onun razılığı ilə də tətbiq edilir. Kimyəvi axtalama seksual həvəsi öldürən dərmanların mütəmadi olaraq məhkuma yeridilməsini nəzərdə tutur. Bu məsələnin mənəvi tərəfi müzakirə predmetidir. Məcburi fiziki axtalama rəsmi qanun kimi heç yerdə yoxdur və məncə, bizdə də belə bir şey tətbiq etməzlər.

Cabbar Həsənov: Hesab etsək ki, belə bir qanun qəbul edildi və CM-ə əlavə olundu, bu, sadəcə məmurların rüşvətini artıracaq. Polis çalışacaq ki, hər imkan tapdığını zorlama ilə şərləsin. Müstəntiq "qurbana" deyəcək ki, "bax aaa, səni kəsərəm", hakim də, necə deyərlər, diskresion səlahiyyətlərindən nəyi var istifadə edəcək. O ki qaldı insan hüquqlarına - o nədir ki elə?

Xalid Ağəliyev: Sədri İran səfərinə hazırlaşan parlamentimizdən yırtıcı yox, məhz pozulmuş şüur məhsulu olan belə təkliflərin eşidilməsi çooox normaldır.

Əfqan Məmməd: Əgər cinayət təkrar törədilərsə, onda tibbi axtalama tətbiq edilməsi qaydasını qəbul etmək olar. Həm də bu tip axtalanma müəyyən müddət keçdikdən sonra şəxsin səhhətinin bərpasını mümkün etməlidir. Yəni tibbi axtalanma olsa da, ömürlük olması yolverilməzdir. İlk dəfə törədilən cinayətə görə bu cəzanın tətbiq olunması məncə yolverilməzdir. Ancaq təkrar törədildiyi halda tətbiq edilməsi münasibdir. Fiziki axtalanmanın tam əleyhinəyəm. Bu artıq cismani cəzadır.

Aynurə Hacıyeva: Hər bir "moneta"nın görünməyən tərəfi də var. Məncə, belə bir cəza növünün tətbiq olunması, bu cinayətkarların daha da aqressivləşməsinə və CM ilə nəzərdə tutulmuş başqa maddələr üzrə cinayətlərin artmasına münbit şərait yaradacaqdır.

Qann Turalı: Hüquqçuların söhbətinə girmək kimi çıxmasın, keçən il Türkiyədə AKP-dən iki qadın bu layihəni hazırlayırdı, sonra söhbət yatdı. Məncə uşaqlara qarşı edilən seksual xarakterli cinayətlər üçün axtalamaq mümkündür. Bəzi ölkələrdə bu praktika var. Məhkəmə və hüquq sistemimizin bu vəziyyətdə olmasını nəzərə alsaq, məncə bu, yolverilməzdir.

Vamiq Şükürov: Dünya ölkələrinin bir sırasında, o cümlədən "anatomik bütövlüyün pozulmazlığı, cismani cəzaların yolverilməzliyi, məhkəmə səhvləri"nin olmadığı və bu cür siz dediyiniz yolverilməzliyin meydana gəldiyi Avropa və Amerikada belə cəzalar vardır. Polşada kimyəvi axtalanma barədə qanun qüvvəyə minib. Prezident Lex Kaçinski pedofillərin farmakoloji müalicəsinə dair qanunun həyata keçirilməsini qanuniləşdirib. Polşa Seyminin aşağı palatasının deputatları seksual cinayətlərdə təqsirli bilinənlərin kimyəvi axtalanması barədə qanunu sentyabr ayında qəbul ediblər. İsraildə bu məqsədlə “Dekapeptil” istifadə edilir ki, bu da qeyri-təbii seksual ehtiyacları azaldır. ABŞ-ın bəzi ştatlarında uşaqbazlara kimyəvi axtalanma cəzası çoxdan verilir.
Almaniyada isə kimyəvi axtalanmaya ildə 6 nəfər uşaqbaz məruz qalır. Fransada da uşaqbazlar bu cür cəzalandırılırlar. Amma hakimiyyətə gələndən sonra Fransa prezidenti Nikola Sarkozi cəzanı bir az da sərtləşdirməyi təklif edib – «ya bu əclaflar ömürlərinin sonuna kimi həbsxanada qalmalı, ya da azadlığa çıxmamışdan əvvəl mütləq axtalanmalıdırlar»"

Fəxrəddin Hacıbəyli: Bu, agilasıgmaz bir şeydir. Necə yəni? Bu əsrdə belə axmaq cəza vermək kimin aglına gəlib? Bəlkə daşqalaq, şallaq, əl kəsmək cəzalarını da məcəllələşdirsinlər?..

Müzakirə davam edir. Mən qəsdən onu hansısa istiqamətə yönləndirmək istəmədim. Amma onu yekunlaşdırmaq hüququm var və sonda bu etməyə çalışacam.

Ənnağı Hacıbəyli

Çap üçün versiya

Geri qayitmaq


SON XƏBƏRLƏR

07.09.2010

SOROS FONDU İCTİMAİ VƏASİTLƏRİN İSTİFADƏSİNDƏ ŞƏFFAFLIQ MÖVZUSUNDA MÜSABİQƏ ELAN EDİB

03.09.2010

OKTYABRIN ƏVVƏLİNDƏ GƏNC İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİNİN FORUMU KEÇİRİLƏCƏK

02.09.2010

ÖLKƏNİN BİR SIRA NÜFUZLU HÜQUQ TƏŞKİLATLARININ RƏHBƏRLƏRİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT EDİBLƏR

31.08.2010

ANTALİYADA STRATEJİ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB

30.08.2010

GTZ JURNALİSTLƏR ARASINDA TƏHSIL SAHƏSİNDƏ MÜSABİQƏ ELAN EDİB

29.08.2010

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

26.08.2010

AZƏRBAYCAN MİQRASİYA MƏRKƏZİ VAKANT VƏZİFƏLƏRƏ MÜSABİQƏ ELAN EDİB

26.08.2010

SOROS FONDU BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAKLA BAĞLI ƏRİZƏLƏRİN QƏBULUNU ELAN EDİB

24.08.2010

Məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb

21.08.2010

"ÖLKƏDƏ NORMA İLƏ ANORMALLIĞIN YERİ DƏYİŞİB"

20.08.2010

GƏNCƏDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN GÖRÜŞÜNƏ ƏNGƏL YARADILIB

12.08.2010

ФУАД АГАЕВ: БЕЗ КАРДИНАЛЬНЫХ РЕФОРМ СУДЕБНАЯ СИСТЕМА

11.08.2010

AVQUSTUN 13-də ALI MƏHKƏMƏDƏ SMDTM-nin ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İŞİ ÜZRƏ KASSASIYA ŞIKAYƏTINƏ BAXILACAQ

11.08.2010

BİRLƏŞMƏK HÜQUQUNUN POZUNTUSUNDAN AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

11.08.2010

(Bir FB yazışmasından)

11.08.2010

MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMU İLƏ IYUL AYI ÜZRRƏ HESABATINI AÇIQLAYIB

10.08.2010

78 NƏFƏR HAKİMLİYƏ NAMİZƏD YEKUN MÜSAHİBƏYƏ BURAXILIB

09.08.2010

PREZİDENT FƏRMANI İLƏ MƏHKƏMƏLƏRİN ƏRAZİ YURİSDİKSİYASINA DƏYİŞİKLİKLƏR EDİLİB

08.08.2010

“YAPARTEİD REJİMININ BAŞÇISI İLHAM ƏLİYEVƏ MƏHKUM EYNULLA FƏTULLAYEVDƏN (23 SAYLI KAMERA) AÇIQ MƏKTUB”

07.08.2010

KONSTİTUSİYA MƏHKƏMƏSİ CPM-in 157.5-ci MADDƏSİNİ ŞƏRH EDİB

07.08.2010

BAŞ PROKURORLUQDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

07.08.2010

ƏDLİYYƏ NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB

04.08.2010

ATƏT/DTIHB AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTLƏ BAĞLI İLK HESABATINI AÇIQLAYIB

30.07.2010

SƏBAİL RAYON 8-Cİ POLİS BÖLMƏSİNDƏ DÖYÜLƏN GƏNC FƏAL RÖVŞƏN NƏSİRLİ MƏHKƏMƏ ŞİKAYƏT VERDİ

29.07.2010

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ AZƏRBAYCANA BAĞLI DAHA BİR ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI

© 2006 - 2010
Müəllif hüquqları HMC-nə məxsusdur.

NUR D