Azerbaycanca   English version   
HÜQUQ MAARİFÇİLIYI CƏMİYYƏTİ
18.02.2010

DAHA BIR JURNALİST DÖYÜLÜB
Bu gün “Salamnews” İnformasiya Agentliyinin əməkdaşı Zülfüqar Xeyirxəbər Bakıdakı “Karvan” kafesində baş verən partlayış olayından reportaj hazırlayarkən vəhşicəsinə döyülüb. İlkin verilən bilgilərə görə, peşə fəaliyyətini həyata keçirən jurnalist partlayış baş verən kafenin sahiblərinin hücumuna məruz qalıb. Şəxsiyyəti hələ dəqiqləşməyən iki şəxs Z.Xeyirxəbərə təpik-yumruqla çoxsaylı ağır zərbələr endiriblər. Nəticədə jurnalistin göz qapağı partlayıb, bədəni qançır olub. İlkin diaqnoza görə, jurnalist beyin silkələnməsinə də məruz qalıb.

İctimai iaşə obyektində partlayış olayının baş verməsi toplumda maraq doğuran hadisədir. Hər bir jurnalistin belə hadisələrin təfərrüatlarını incələmə, onun hansı səbəblərdən baş verdiyini araşdırma, aidiyyəti olanlardan bilgi istəmə və s. haqqı var. Bununla yanaşı, hər bir ölkə vətəndaşı da belə bilgiləri vaxtında, ətraflı və doğru alma haqqına sahibdir, jurnalistlər məhz vətəndaşların bu haqqını təmin etmək vəsifəsini yerinə yetirirlər. Jurnalistin toplum qarşısındakı bu vəzifəsinin önəmi olay yerində çalışanların vəzifə və borclarının önəmindən heç də az deyil. Belə situasiyalarda jurnalistlərin hadisə yerinə daha yaxın olmalarına, hadisəni öz gözləri ilə izləyib və lentə almalarına, hadisə yerindəki əlaqəli şəxslərdən bilgi istəyib-almalarına şərait yaradılmalıdır.

Media Hüququ İnstitutu qeyd olunan ölçülərin nəzərə alınmamasını, bu azmış kimi jurnalist Zülfüqar Xeyirxəbərin vəhşicəsinə döyülməsini qətiyyətlə pisləyir. Topluma çatdırmaq üçün bilgi yığan jurnalistə qarşı yönələn bu olay ölkədə söz və ifadə azadlığına, xalqın bilmək haqqına, ən mühüm demokratik dəyərlərdən biri olan məlumat axtarmaq, almaq və yaymaq azadlığına çox ciddi zərbədir.

Media Hüququ İnstitutu jurnalistə hücum edənlərin Azərbaycan Konstitusiyasının, KİV haqqında, “İnformasiya əldə etmək” haqqında və s. qanunların, İnzibati Xətalar və Cinayət Məcəllələrinin ciddi pozuntusuna yol verdiklərini vurğulayır. Media Hüququ İnstitutu Z.Xeyirxəbərin vəhşicəsinə döyülməsi olayının cəzasız qalmayacağına, müvafiq dövlət qurumlarının gərəkən hüquqi addımları ataraq jurnalisti döyənləri ən qısa zamanda məsuliyyətə cəlb edəcəyinə ümid edir.

Çap üçün versiya

Geri qayitmaq


SON XƏBƏRLƏR

07.09.2010

SOROS FONDU İCTİMAİ VƏASİTLƏRİN İSTİFADƏSİNDƏ ŞƏFFAFLIQ MÖVZUSUNDA MÜSABİQƏ ELAN EDİB

03.09.2010

OKTYABRIN ƏVVƏLİNDƏ GƏNC İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİNİN FORUMU KEÇİRİLƏCƏK

02.09.2010

ÖLKƏNİN BİR SIRA NÜFUZLU HÜQUQ TƏŞKİLATLARININ RƏHBƏRLƏRİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT EDİBLƏR

31.08.2010

ANTALİYADA STRATEJİ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB

30.08.2010

GTZ JURNALİSTLƏR ARASINDA TƏHSIL SAHƏSİNDƏ MÜSABİQƏ ELAN EDİB

29.08.2010

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

26.08.2010

AZƏRBAYCAN MİQRASİYA MƏRKƏZİ VAKANT VƏZİFƏLƏRƏ MÜSABİQƏ ELAN EDİB

26.08.2010

SOROS FONDU BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAKLA BAĞLI ƏRİZƏLƏRİN QƏBULUNU ELAN EDİB

24.08.2010

Məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb

21.08.2010

"ÖLKƏDƏ NORMA İLƏ ANORMALLIĞIN YERİ DƏYİŞİB"

20.08.2010

GƏNCƏDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN GÖRÜŞÜNƏ ƏNGƏL YARADILIB

12.08.2010

ФУАД АГАЕВ: БЕЗ КАРДИНАЛЬНЫХ РЕФОРМ СУДЕБНАЯ СИСТЕМА

11.08.2010

AVQUSTUN 13-də ALI MƏHKƏMƏDƏ SMDTM-nin ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İŞİ ÜZRƏ KASSASIYA ŞIKAYƏTINƏ BAXILACAQ

11.08.2010

BİRLƏŞMƏK HÜQUQUNUN POZUNTUSUNDAN AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

11.08.2010

(Bir FB yazışmasından)

11.08.2010

MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMU İLƏ IYUL AYI ÜZRRƏ HESABATINI AÇIQLAYIB

10.08.2010

78 NƏFƏR HAKİMLİYƏ NAMİZƏD YEKUN MÜSAHİBƏYƏ BURAXILIB

09.08.2010

PREZİDENT FƏRMANI İLƏ MƏHKƏMƏLƏRİN ƏRAZİ YURİSDİKSİYASINA DƏYİŞİKLİKLƏR EDİLİB

08.08.2010

“YAPARTEİD REJİMININ BAŞÇISI İLHAM ƏLİYEVƏ MƏHKUM EYNULLA FƏTULLAYEVDƏN (23 SAYLI KAMERA) AÇIQ MƏKTUB”

07.08.2010

KONSTİTUSİYA MƏHKƏMƏSİ CPM-in 157.5-ci MADDƏSİNİ ŞƏRH EDİB

07.08.2010

BAŞ PROKURORLUQDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

07.08.2010

ƏDLİYYƏ NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB

04.08.2010

ATƏT/DTIHB AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTLƏ BAĞLI İLK HESABATINI AÇIQLAYIB

30.07.2010

SƏBAİL RAYON 8-Cİ POLİS BÖLMƏSİNDƏ DÖYÜLƏN GƏNC FƏAL RÖVŞƏN NƏSİRLİ MƏHKƏMƏ ŞİKAYƏT VERDİ

29.07.2010

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ AZƏRBAYCANA BAĞLI DAHA BİR ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI

© 2006 - 2010
Müəllif hüquqları HMC-nə məxsusdur.

NUR D