
Ali Məhkəmənin yaydığı məlumata görə, bu qurumun mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə baxılmış işlər və daxil olmuş müraciətlər 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb. Mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 28,9 faiz artma müşahidə olunub. Cinayət işləri üzrə məhkəmə kollegiyasında isə 7,7 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında 13,1 faiz azalma qeydə alınıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,8 faiz arıb.
Əgər 2008-ci ildə Ali Məhkəmədə cəmi 4 min 388 işə baxılmışdırsa, 2009-ci ildə 4 min 862 işə baxılmışdır. Bu da 2008-ci ildə baxılmış işlərlə müqayisədə 474 (10,8 faiz) iş çoxdur. Ali Məhkəmənin Plenumunun 2008-ci ildə 6, 2009-cu ildə isə 4 iclası keçirilib.
Məlumatda bildirilir ki, Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunub. 2008-ci ildə Ali Məhkəməyə 22 min 320 müraciət edilmişdirsə, 2009-ci ildə 21 min 162 müraciət edilmişdir ki, bu da 1 min 158 (5,1 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 4,9 faiz azalıb.
Çap üçün versiya
Geri qayitmaq