Azerbaycanca   English version   
HÜQUQ MAARİFÇİLIYI CƏMİYYƏTİ
14.02.2010

AZƏRBAYCAN HÜQUQŞÜNSLARİ FORUMUNUN İDARƏ HEYƏTİNƏ NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ KAMPANİYASINA START VERİLDİ
Qurumun üzvlərinin 3-cü Ümumi Yığıncağı martın ikinci yarısında keçiriləcək

Azərbaycan Hüquqşünasları Forumunun (AHF) Sədrlər Şurasının fevral ayında keçirilən son toplantısında AHF-nin üzvlərinin 3-cü Ümumi yığıncağının 2010-cu ilin mart ayının ikinci yarısında keçirilməsi qərara alınıb (yığıncağın dəqiq vaxtı növbəti toplantıda müəyyənləşdiriləcək). Sədrlər Şurası təşkilatdaxili demokratiyanın daha da genişləndirilməsi, AHF-nin ümumi yığıncağının işinin daha səmərəli təşkili məqsədilə qərara alıb ki, təşkilatın bütün seçkili orqanlarına namizədlər toplantıya qədər irəli sürülsün ki, onlar mətbuat orqanlarında öz platformaları ilə təşkilatın digər üzvlərini tanış edə bilsinlər.

Həmin qərara uyğun olaraq AHF-nin Sədrlər Şurası İdarə Heyətinə namizədlərin irəli sürülməsi barədə təklif və müraciətlərin qəbul edilməsinə başlandığını bildirir. Həmin məlumatları faks, elektron poçt və ya bilavasitə AHF-yə təqdim etmək olar.

Namizədlər həm təşkilatlar, həm də fərdi qaydada irəli sürülə bilər. AHF-nin hər bir üzvü təşkilatın seçkili orqanlarına öz namizədliyini irəli sürə bilər.

Namizədliyin irəli sürülməsi barədə təklifdə (müraciətdə) namizədliyi irəli sürülən şəxsin (əgər mümkünsə, onun qısa avtobioqrafiyası (7-10 cümlədə) göstərilir; bu məlumat Azərbaycan Hüquqşünasları Forumunun saytında (www.lawyersforum.az) və AHF-yə üzv olan təşkilatların resurs mərkəzlərində yerləşdiriləcək) və onun namizədliyini irəli sürən şəxsin adı, atasının adı, soyadı və ya təşkilatın adı göstərilir (təklifin nümunəsi aşağıda təqdim edilir).

Namizədlərin irəli sürülməsi mart ayının 10-da başa çatacaq. Namizədliyi irəli sürülən şəxslərin məlumatları AHF-nin və onun üzvü olan təşkilatların saytında saytında yerləşdiriləcək.

Əlaqə məlumatları:
ünvan: Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi 199, mənzil 7,
telefonlar: 498 81 75, 498 94 80,
faks: 449 81 92
email: legal@azeurotel.com
www.lawyersforum.az
Əlaqəli şəxs: Selcan Məmmədli




1 saylı Əlavə

Azərbaycan Hüquqşünaslar Forumunun
Sədrlər Şurasına

Azərbaycan Hüquqşünaslar Forumunun üzvlərinin ayının 19-da keçiriləcək toplantısında seçiləcək İdarə Heyətinə Kərimov Əyyub Zakir oğlunun namizədliyini irəli sürürəm.

Kərimov Əyyub Zakir oğlunun qısa tərcümeyi halı:
18 may 1958-ci ildə Qax rayonunda anadan olub.
1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1981-90-cı illərdə Suraxanı rayon məhkəməsində iclas katibi işləyib. 1990-1992-cı illərdə «Ədalət» qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ilin aprelindən «Femida» qəzetinin baş redaktorudur.
1992-ci ildə «Azərnəşr» tərəfindən «Kor güllə yarası», 1997-ci ildə «Azərbaycan» nəşriyyatında «Qanuna hörmət qanunu» adlı publisistik qeydlər kitabları çapdan çıxıb.
«Qızıl qələm» və «Dan ulduzu» mükafatları laureatıdır.
Mətbuat Şurasının Hüquq komissiyasının sədridir. 2003-cü ilin may ayının 19-da AHF-nın İdarə Heyətinin üzvü iyun ayında isə Sədrlər Şurasının üzvü seçilib.
Ailəlidir, 1 oğlu, 1 qızı var.

Rəşid Ramazan oğlu Hacıyev,
AHF-nun Sədrlər Şurasının üzvü, Media Hüququ İnstitunun direktoru

20 fevral 2010-cu il



2 saylı Əlavə

Azərbaycan Hüquqşünaslar Forumunun
Sədrlər Şurasına

Mən, Azərbaycan Hüquqşünaslar Forumnun üzvü Məmmədov Ülfət Ramiz oğlu AHF-nin üzvlərinin ayının 19-da keçiriləcək toplantısında seçiləcək İdarə Heyətinə öz namizədliyimi irəli sürürəm.

Qısa tərcümeyi halım:
1 mart 1962-ci ildəŞəki rayonunda anadan olmuşam.
1996-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm.
1997-cı ildən bu günə qədər Nəsimi rayon məhkəməsində məhkəmə iclas katibi işləyirəm.
Ailəliyəm, 2 oğlum var.

Məmmədov Ülfət Ramiz oğlu

23 fevral 2010-cu il


3 saylı Əlavə

Azərbaycan Hüquqşünaslar Forumunun
Sədrlər Şurasına

Azərbaycan Hüquqçular Assosiasiyası AHF-nin üzvlərinin ayının 19-da keçiriləcək toplantısında seçiləcək İdarə Heyətinə aşağıdakı şəxslərin namizədliyini irəli sürür:

1. Hüseynov Fərman Məhəm oğlu
14 sentyabr 1961-ci ildə Qazax şəhərində anadan olub.
1992-ci ildə Moskva Hüquq İnstitutunu bitirib.
1998-ci ildən «Barrister» hüquq firmasının icraçı direktorudur.
Ailəlidir, 2 oğlu var.

2. Mirkamal Vidadi Mircamal oğlu
25 dekabr 1954-cü ildə Gəncə şəhərində anadan olub. ADU-nun hüquq fakültəsinin əyani şöbəsini bitirib.
1978-2001-ci illərdə hüquq fakültəsinin baş müəllimi, 1990-1992-ci illərdə hüquq fakültəsində dekan müavini işləyib. 1992-2000-ci illərdə Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin sədrinin müavini, təsərrüfat mübahisələrinin həlli üzrə kollegiyanın sədri işləyib.
2000-ci ildən indiyədək «Arbitr» hüquq şirkətinin prezidentidir.
Mülki prosessual hüquq, arbitraj prosesi, təsərrüfat hüququ üzrə 50-dək elmi əsərləri vardır. «Arbitraj prosesi», «Müqavilə hüququ», «Kommersiya hüququ», «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin elmi-praktiki kommentariyası» kitablarının müəlliflərindən biridir. İstefada olan ədliyyə generalıdır.
Ailəlidir, 2 oğlu və 1 qızı var.

25 fevral 2010-cu il

AHA-nın prezidenti
Ənnağı Hacıbəyli

Çap üçün versiya

Geri qayitmaq


SON XƏBƏRLƏR

07.09.2010

SOROS FONDU İCTİMAİ VƏASİTLƏRİN İSTİFADƏSİNDƏ ŞƏFFAFLIQ MÖVZUSUNDA MÜSABİQƏ ELAN EDİB

03.09.2010

OKTYABRIN ƏVVƏLİNDƏ GƏNC İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİNİN FORUMU KEÇİRİLƏCƏK

02.09.2010

ÖLKƏNİN BİR SIRA NÜFUZLU HÜQUQ TƏŞKİLATLARININ RƏHBƏRLƏRİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT EDİBLƏR

31.08.2010

ANTALİYADA STRATEJİ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB

30.08.2010

GTZ JURNALİSTLƏR ARASINDA TƏHSIL SAHƏSİNDƏ MÜSABİQƏ ELAN EDİB

29.08.2010

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

26.08.2010

AZƏRBAYCAN MİQRASİYA MƏRKƏZİ VAKANT VƏZİFƏLƏRƏ MÜSABİQƏ ELAN EDİB

26.08.2010

SOROS FONDU BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAKLA BAĞLI ƏRİZƏLƏRİN QƏBULUNU ELAN EDİB

24.08.2010

Məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb

21.08.2010

"ÖLKƏDƏ NORMA İLƏ ANORMALLIĞIN YERİ DƏYİŞİB"

20.08.2010

GƏNCƏDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN GÖRÜŞÜNƏ ƏNGƏL YARADILIB

12.08.2010

ФУАД АГАЕВ: БЕЗ КАРДИНАЛЬНЫХ РЕФОРМ СУДЕБНАЯ СИСТЕМА

11.08.2010

AVQUSTUN 13-də ALI MƏHKƏMƏDƏ SMDTM-nin ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İŞİ ÜZRƏ KASSASIYA ŞIKAYƏTINƏ BAXILACAQ

11.08.2010

BİRLƏŞMƏK HÜQUQUNUN POZUNTUSUNDAN AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT GÖNDƏRİLDİ

11.08.2010

(Bir FB yazışmasından)

11.08.2010

MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMU İLƏ IYUL AYI ÜZRRƏ HESABATINI AÇIQLAYIB

10.08.2010

78 NƏFƏR HAKİMLİYƏ NAMİZƏD YEKUN MÜSAHİBƏYƏ BURAXILIB

09.08.2010

PREZİDENT FƏRMANI İLƏ MƏHKƏMƏLƏRİN ƏRAZİ YURİSDİKSİYASINA DƏYİŞİKLİKLƏR EDİLİB

08.08.2010

“YAPARTEİD REJİMININ BAŞÇISI İLHAM ƏLİYEVƏ MƏHKUM EYNULLA FƏTULLAYEVDƏN (23 SAYLI KAMERA) AÇIQ MƏKTUB”

07.08.2010

KONSTİTUSİYA MƏHKƏMƏSİ CPM-in 157.5-ci MADDƏSİNİ ŞƏRH EDİB

07.08.2010

BAŞ PROKURORLUQDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

07.08.2010

ƏDLİYYƏ NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB

04.08.2010

ATƏT/DTIHB AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTLƏ BAĞLI İLK HESABATINI AÇIQLAYIB

30.07.2010

SƏBAİL RAYON 8-Cİ POLİS BÖLMƏSİNDƏ DÖYÜLƏN GƏNC FƏAL RÖVŞƏN NƏSİRLİ MƏHKƏMƏ ŞİKAYƏT VERDİ

29.07.2010

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ AZƏRBAYCANA BAĞLI DAHA BİR ŞİKAYƏT ÜZRƏ QƏRARINI AÇIQLADI

© 2006 - 2010
Müəllif hüquqları HMC-nə məxsusdur.

NUR D